Maraqlı

Van Qoqun tablosu bu qiymətə satıldı - FOTO

13 Mart 2024 05:05
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maastrixtdə keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent Van Qoqun "Ağ papaqlı kəndli qadının portreti" kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.

Milli.Az olay-a istinadən bildirir ki, əsərin satıcısı qismində Yeni Orleandan olan Amerika qalereyası M. S. Rau çıxış edib. Alıcı Avropadan kənarda öz muzeyi olan şəxsi kolleksiyaçı olub, lakin onun kimliyi açıqlanmayıb. 63x48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm Van Qoq tərəfindən 1884-cü ildə Hollandiyanın Nuenen şəhərində (indiki Eyndhoven şəhəri) yaşayarkən yaradılıb.

Qeyd edək ki, ötən il Hollandiyada Van Qoqun oğurlanmış tablosu tapılmışdı. Van Qoqun 3-6 milyon avro dəyərində olan "Nuenen, Bahardakı Kahin bağı" adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Rəssamın 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası səbəbindən karantin zamanı Amsterdam yaxınlığında yerləşən Singer Laren Muzeyindən oğurlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.