Maraqlı

“Oppenheymer” filmi yeddi BAFTA mükafatı aldı

19 Fevral 2024 10:03
Baxış: 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Kristofer Nolanın çəkdiyi "Oppenheymer" bioqrafik filmi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) ən yaxşı film mükafatını qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə 77-ci Britaniya Film Mükafatlarında elan edilib.

Film 13 nominasiya üzrə yeddi mükafat alıb. Onların arasında Kristofer Nolana "Ən yaxşı rejissor", Sillian Mörfiyə "Ən yaxşı kişi rolu", kiçik Robert Dauniyə isə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında mükafatlar verilib. Film həmçinin "Ən yaxşı film musiqisi", "Ən yaxşı operator işi" və "Ən yaxşı montaj" nominasiyalarında da mükafatlar alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.