Maraqlı

Alimlər beyni zəiflədən məşhur məhsuldan danışdılar

14 Yanvar 2024 21:50
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər xüsusi araşdırmalar zamanı müəyyən ediblər ki, qida rasionunda çoxlu şəkər və şirniyyatlar yaddaş zəifliyinə, məntiqi düşünmək, problemləri həll etmək və böyük miqdarda məlumatı mənimsəmək qabiliyyətinin azalmasına səbəb ola bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, alimlər şirniyyat aluçədilərinin tez-tez ciddi yaddaş problemləri ilə üzləşdiklərini qeyd ediblər.

"Şirniyyata aludə olan insanların hətta öz adi məsuliyyətlərinin və kiçik intellektual stresslərinin öhdəsindən normal gələ biləcəklərinə ciddi şübhələrini ifadə ediblər. Üstəlik, şəkərdən asılılığın xüsusilə uşaqlara - məktəblilərə və 18 yaşdan kiçik yeniyetmələrə ağır təsir etdiyinə dair sübutlar var. Ehtimal olunur ki, şəkər uşaqlarda psixiatriya ilə əlaqəli ciddi xəstəliklərin inkişafına da təsir göstərir", - ABŞ alimləri xəbərdarlıq ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.