Maraqlı

Napoleonun cinsiyyət orqanı muzeydə sərgiyə çıxarıldı - FOTOlar

9 Yanvar 2024 01:45
Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1821-ci ildə vəfat edən Napoleonun yarılmasından sonra Napoleonun cinsiyyət orqanının digər həyati əhəmiyyətli orqanları ilə birlikdə bir keşiş tərəfindən oğurlandığı iddia edilir. Bir müddət muzeydə nümayiş etdirildikdən sonra hərracda satılan Napoleonun cinsi orqanı haqqında alimlər nə deyir?

Milli.Az sfera.az-a istinadən bildirir ki, Fransaya rəhbərlik edən Napoleon Bonapart nəinki Avropaya dərindən təsir etmiş, həm də iştirak etdiyi bir çox müharibələrdə qalib gəlmiş biri idi.

Hərbi dühası ilə yanaşı tez-tez başqa ölkələrin siyasətinə qarışan Napoleon tarixi mənbələrə görə 5 may 1821-ci ildə vəfat edib.

Napoleonun ölümündən sonra aparılan yarılma zamanı onun ürəyi, mədəsi və cinsiyyət orqanı, eləcə də bir çox digər orqanı çıxarılıb.

Həkimlər bu orqanların eskizlərini hazırlayıblar. Korsikalı bir həkim hətta Napoleonun qabırğalarından iki kiçik parçanı bir anda çıxardığını iddia edir.

Napoleonun bu parçalarının, eləcə də penisinin italyan bir keşişin əlinə düşdüyü güman edilir.
Napoleonun "mumiyalanmış vətər" kimi qeydə alınan penisi 1927-ci ildə Nyu-Yorkda bir muzeydə sərgilənib. Hər şey də bundan sonra başlayıb: ciddi elmi müzakirələr, lağlağı, məsxərə və s.

"Time" jurnalisti muzeyin sərgisinə qatılıb və penis olduğu iddia edilən şeyi "köhnə ayaqqabı bağı" ilə müqayisə edib.

Başqa bir qəzet bunu "bürüşmüş ilanbalığı" ilə müqayisə edib.

1977-ci ildə uroloq Con J. Lattimer Napoleonun cinsiyyət orqanı kimi təqdim edilən bu orqanı auksionda alıb və onun həqiqətən də penis olduğunu təsdiqləyib.

"Penis orqanının daxili quruluşu mükəmməldir. Universitetdə rentgen, müayinələr etdik. Çox kiçik, lakin çox sağlamdır".
Bundan əlavə, uroloq bu işə tarixi sərvət kimi baxır. O, indiyə qədər penisi cəmi 10 nəfərin görməsinə icazə verib. Cinsiyyət orqanının şəklini çəkməyə və ya qeydlər aparmağa isə qətiyyən icazə vermir.

Britaniya əsilli Kanal 4-ün aparıcısı Mark Evans isə Napoleonun cinsiyyət orqanını çox fərqli şəkildə tənqid edib.

"Mən çihuahua itindən balinanınkına qədər çox şeylər görmüşəm. Bu, isə bildiyiniz qırış-qırış nəsə bir şeydir. Qəribəsi isə budur ki, qırışmış penis uğurdan daha çox diqqət çəkir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.