ÜST-dən siqaretlə bağlı XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına görə, tütün sənayesinin bu cür yanaşması nəticəsində elektron siqaretlərin istifadəsi genişlənib və siqaret çəkən on nəfərdən doqquzu bu zərərli vərdişə 18 yaşından əvvəl, bəziləri isə 11 yaşınadək başlayır.
"Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir", - ÜST-dən bildirilir.
Avropalı yeniyetmələr arasında siqaret çəkmə nisbətinin azalmaqda davam etməsinə baxmayaraq, ÜST, elektron siqaretlər də daxil olmaqla, yeni tütün və nikotin məmulatlarının sayının artması barədə məlumat verib.
BMT-nin agentliyi qeyd edir ki, bu məmulatlar birdəfəlik adi və bir qayda olaraq, üzərində sağlamlıq üçün ziyanın olması haqqında xəbərdarlığın olmadığı elektron siqaretlərin satışı sayəsində gənclər üçün daha əlçatan olub.
"Təcili tədbir görməsək, tütün sənayesinin qeyri-etik təcrübəsi səbəbindən tütün və nikotin istehlakçılarının yeni nəslinin yaranmasının şahidi ola bilərik", - deyə ÜST-nin Avropa üzrə regional direktoru Hans Klyuge bildirib.
Cenevrədə jurnalistlərin qarşısında çıxış edən ÜST-nin Tibb şöbəsinin rəhbəri Kerstin Şotte xəbərdarlıq edib ki, tütün hər il səkkiz milyon və ya hər dörd saniyədə bir insanın həyatına son qoyur. Bununla belə, tütün tüstüsündən ölən 1,3 milyon insan özləri bu məmulatın istifadəçisi deyil, passiv siqaret çəkməyin qurbanı olur. Şotte qeyd edib ki, "dünyada uşaqların yarısı tütünlə çirkləndirilmiş hava ilə nəfəs alır və nəticədə hər il tütün tüstüsünün təsiri səbəbindən 51 min uşaq ölür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
"Barselona"da ciddi itki
XƏBƏR LENTİ
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib





