Maraqlı

Hobbi insanı cavanlaşdırır

21 Sentyabr 2023 00:45
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16 ölkədə yaşlı insanlarda depressiya əlamətlərinin azaldılması üçün hansı hobbi və əyləncə növləri ilə məşğul olduqları barədə tədqiqatlar aparılıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "Natu­re Medicine" elmi jurnalında dərc olunan araşdırma üçün ABŞ, Çin, Yaponiya və Avropa ölkələrində orta yaş həddi 71,7 ilə 75,9 arasın­da olan 93 mindən çox insandan asudə vaxtları və maddi durumları ilə bağlı məlumatlar əldə olunub. Müəlliflər belə nəticəyə gəliblər ki, hobbisi olan insanlar özlərini digər həmyaşıdlarına nisbətən daha yax­şı hiss edirlər. 

Məlum olub ki, həmin ahıl şəxs­lər təklikdə və ya başqaları ilə birlikdə incəsənət və sənətkarlıq nümunələri yaratmaq, oxumaq, id­man etmək, bağçılıq, könüllülük və digər sahələrlə məşğul olmaqdan zövq alırlar.

Qeyd edək ki, sorğu nəticəsin­də Almaniyada yaşlı vətəndaşların 90 faizdən çoxu hobbilərinin oldu­ğunu bildirib. İtaliyada isə əksinə, bu rəqəm cəmi 54 faiz, dünyanın ən xoşbəxt ölkələrindən sayılan Danimarkada isə bu rəqəm 96 fa­izdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.