Maraqlı

Maşın alanlara MƏSLƏHƏT: Avtomobili seçərkən bunlara diqqət edin

20 Avqust 2023 22:55
Baxış: 5 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər yeni başlayanlara düzgün avtomobil seçməkdə kömək edəcək məsləhətlər veriblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, təcrübəsiz bir sürücünün ilk avtomobilinin seçimi çox diqqətlə aparılmalıdır.

Yalnız avtomobilin rəngi və markası üçün fərdi üstünlükləri rəhbər tutmaq kifayət deyil. Birinci avtomobilin təhlükəsiz, manevr qabiliyyəti, eləcə də idarə olunması asan və qənaətcil olması vacibdir.

Təcrübəsiz sürücülər hələ də nəqliyyat vasitəsinin ölçülərini kifayət qədər yaxşı hiss etmədikləri üçün kiçik bir avtomobil seçmək məsləhətdir. Avtomobilin kompakt ölçüləri park etməyi asanlaşdıracaq, həmçinin hərəkət zamanı məsafəni hesablamağa imkan verəcək.

İİk avtomobili etibarlı və ümumi markalardan seçmək rasional olar. Çünki avtomobilin təmirə ehtiyacı varsa, lazımi ehtiyat hissələrini tapmaq çətin olmayacaq. Eyni zamanda, avtomobilin texniki xidməti də daha ucuz olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.