Maraqlı

3 ildən sonra evindəki gizli yolun qapısını açdı, indi hər gecə qorxulu anlar yaşayır - VİDEO

26 İyun 2023 15:10
Baxış: 5 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı Culia Henning üç il yaşadığı evdə divarlarında yazılar olan qorxulu gizli otaq aşkar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bununla bağlı sosial şəbəkədə silsilə videolar dərc edib.

Los-Anceles şəhərində yaşayan qadının sözlərinə görə, məşqçi işləyən qadın özü üçün video çəkiliş otağı hazırlamaq istəyib. Bu məqsədlə o, köhnə şkafı söküb. Bu zaman onun yerində, döşəmədə lyuk aşkarlayıb. Qapağını açdıqda isə taxta pillələrlə qaranlığa gedən yol görüb.

Qadın özü zirzəmiyə enməkdən qorxduğundan lyuku bağlayır. Lakin bundan sonra evdə qəribə şeylər baş verib. Sonda Henninq sirli otağa girmək üçün özündə cəsarət toplayıb.

Aşağı endikdə buranın şərab saxlamaq üçün rəfləri olan kiçik bir otaq olduğunu görüb. Ancaq divarda Co və Con adları, həmçinin sirli təsvir onu qorxudub. 
Hanninq hələ də zirzəmidə pis ruhların yaşadığına əmindir. Qadının sözlərinə görə yeni otağı səliqəyə salarkən kimsə lyuku örtüb və o, içəridə qalıb. Qadını əsarətdən dostları xilas ediblər.

Bundan əlavə, amerikalı bildirib ki, zirzəmi açıldıqdan sonra gecələr evdə müntəzəm olaraq həyəcan siqnalı çalınır.

İndi o, vəziyyəti aydınlaşdırmaq üçün evin keçmiş sahibləri ilə əlaqə yaratmaq istəyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.