Maraqlı

Mayın sonuna qədər pullanacaq bürclər

12 May 2023 16:22
Baxış: 5 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astroloqların proqnozlarına görə, 2023-cü ilin may ayının sonuna qədər bir neçə bürcün maddi problemləri düzələcək. Heç gözləmədikləri anda gəlir mənbələri yenilənəcək. Adı çəkilən bu bürclər yay başlamazdan əvvəl sosial rifahlarını qaldıracaqlar. 

Milli.Az lent.az-a istinadən "Styler" portalına istinadən həmin bürcləri təqdim edir: 

Əkizlər

Astroloqlar bildirir ki, bu ayın sonuna qədər əkizləri yeni qazanc imkanları gözləyir. May ayında bu bürcün nümayəndələri yeni layihələr, ideyalar və tərəfdaşlıqlarla qarşılaşacaqlar. Ancaq əkizlər maliyyə məsələlərinə qarşı təmkinli olmalı və lazımsız şeylərə pul xərcləməməlidir. 

Şir 

Şirləri may ayında zəhmətkeşliyi sayəsində xüsusi vəzifə yüksəlişləri gözləyir. Astroloqlar sizə yeni karyera imkanları əldə etmək, gəlirinizi artırmaq üçün bacarıq və təcrübənizdən istifadə etməyi məsləhət görür.

Oxatan

May ayında iş həyatlarında uğur vəd edilən bürclərdən biri də Oxatanlardır. Astroloqlar bu bürclərə riski azaltmaq və gəliri artırmaq üçün ehtiyatlı qərarlar qəbul etməyi məsləhət görürlər.

Dolça

Dolçaları may ayında gözləmədikləri anda maaş artımı gözləyir. Ancaq dolçaların çox çalışmaqla yanaşı, gələcək üçün pul yığmaqları da vacibdir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.