Maraqlı

60-cı illərin saç düzümləri yenidən dəbə minəcək - FOTO

4 May 2023 23:14
Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda Karl Lagerfeldə həsr olunmuş Met Gala Kostyum İnstitutunun balı baş tutdu.

Milli.Az xəbər verir ki, dəvətə gələn məşhurların obrazları arasında bir neçə tendensiya müşahidə edilsə də, makiyaj və saç düzümlərində yalnız 60-cı illərin təsiri nəzərə çarpırdı. Bir müddət əvvəl Amanda Seyfrid və Cennifer Kulidc kino mükafatlarının birinin təqdimolunma mərasində 60-cı illərin ən parlaq ulduzu - Ketrin Denyovun saç düzümlərini təkrarladı. Bununla da o illərin saç düzümləri yenidən gündəmə gəldi. Bu dəfə biz o 60-cı illər tendensiyalarını, daha doğrusu, onların interpretasiyasını bütün müxtəlifliyi ilə gördük.

"Met Gala"da bir çoxları saçlarını klassikaya çevrilmiş qara lentlə bağlamışdı. Məsələn, Sidney Svini yarım toplanmış saçlarına böyük bir qara bantla bəzək vurmuşdu. Karli Kloss və Emili Ratakovski daha yığcam saç aksessuarları seçmişdilər. Billi Ayliş atlaz lentləri qotik obrazına uyğunlaşdıra bilmişdi. Əminik ki, Nikol Kidmanın uzun saçlarına taxdığı bantı da bu yay aktual olacaq, xüsusilə romantik sarafanların fonunda mükəmməl görünəcəklər. Aktrisa saçlarının ön tərəfini açıq qoyub, arxasını zərif aksessuarla səliqəli şəkildə bərkidib ki, ancaq arxasını çevirəndə görünsün.

60-cı illərin saç düzümlərini qabarıq effekt olmadan təsəvvür etmək mümkün deyil. Enn Heteuey, Kardi B kimi ulduzlar Bricit Bardonun saç düzümünü təkrarlamışdı. Emma Çermberlen isə qabarıq saç düzümündən imtina edərək saçlarını böyük bir saç halqası ilə bəzəməyə qərar verib.

Makiyajda da 60-cı illər trendləri özünü göstərdi. Məşhur model Tvigginin gözlərinə çəkdiyi nazik oxlar ulduzların seçimləri arasında üstünlük təşkil edirdi. Belə oxların əsas üstünlüyü odur ki, hər hansı bir makiyaja asanlıqla uyğunlaşırlar. Məsələn, Billi Ayliş və Jenna Orteqa sadəcə qara göz layneri ilə kifayətlənmişdilər. Cici Hadid və braziliyalı müğənni Anitta isə uzun kirpikləri kontrastlı açıq kölgələrlə birləşdirməklə altmışıncı illərin başqa bir klassik makiyaj elementi təkrarlamışdı.

Digər xarakterik makiyaj elementləri arasında dumanlı və zərif pomada çalarları gəlir. Hətta maraqlıdır ki, dünənki tədbirdə qırmızı pomada pərəstişkarları dodaqlarını solğun çəhrayı və ya şaftalı çalarları ilə əvəz etməyə üstünlük veriblər. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.