Maraqlı

Yayın əsas rəngi bəlli oldu - FOTO

26 Aprel 2023 22:20
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Al-əlvan rənglər gözəl olsa da, bəzən gözümüz və ürəyimiz daha sakit və qeyri-adi ton axtarışına çıxır. Bu zaman əlbəttə ki, yarımtonlar köməyə gəlir. Onlar qarderobu həm zənginləşdirir, həm də obrazı çox effektiv şəkildə vurğulayır.

Milli.Az xəbər verir ki, dəb tənqidçilərinin sözlərinə görə, bu yay bu funksiyanı kərə yağı sarısı yerinə yetirəcək. Belə ki, sarının solğun və ən açıq tonları xüsusilə dəbdə olacaq. Solğun sarı dünya şöhrətli moda evlərinin və demokratik brendlərin də kolleksiyalarında qarşımıza çıxır. Bu ton günəş sarısından fərqli olaraq daha yumşaqdır, odur ki, onu istənilən, hətta tünd rənglərlə çox rahat birləşdirə bilərsiniz. Həmçinin sarı dəstlər də təkbaşına eyni dərəcədə gözəl görünür. Odur ki, seçim tamamilə sizindir.

Stilistlər hesab edir ki, açıq sarı bu il hətta bej və ağ kimi populyar tonları belə kölgədə qoya bilər. Bəs siz bej tonları sarıya dəyişməyə hazırsınız? (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.