Milli.Az Axşam.az-a istinadən iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:
Şabalıdlı şorba
Ərzaq:
500 qr. şabalıd
1.5 litr toyuq bulyonu
1 ədəd soğan
9-10 budaq cəfəri
125 ml. qaymaq
2 dənə mixək
1 ədəd dəfnə yarpağı
1/2 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı günəbaxan yağı
duz, istiot
Hazırlanması:
İlk öncə şabalıdlara bıçaqla bir kəsiklər atın və 220 dərəcə qızdırılmış sobada qabıqları soyulana qədər təxminən 20 dəqiqə bişirin. Soyuduqdan sonra şabalıdların qabıqlarını soyun. Xırda doğranmış soğanı günəbaxan yağında qovurun. Üzərinə şabalıdları və toyuq bulyonunu əlavə edin. Daha sonra mixək, xırda doğranmış cəfəri, şəkər tozu və dəfnə yarpağını da əlavə edin. Şabalıdlar tamamilə yumşalana qədər zəif ocaqda 40 dəqiqə bişirin. Şorbanı mətbəx robotuna tökün, üzərinə qaymağı da əlavə edib püre halına gələnədək qarışdırın. Duz və istiot əlavə edib qarışdırın. Qatı olsa, bir az su əlavə edə bilərsiniz. Üzərinə xırda doğranmış cəfəri səpib isti halda süfrəyə verə bilərsiniz.
Özbək plovu
Ərzaq:
1 kq. düyü
1 kq. qoyun əti
1 kq. yerkökü
300 ml. duru yağ
4 ədəd soğan
2 ədəd qurudulmuş acı bibər (çox böyük olmasın)
2 baş sarımsaq
1 x/q zirinc
1 x/q cirə
1 ç/q keşniş toxumu
Duz
Hazırlanması:
Əvvəlcə düyünü yuyun, suda saxlayın. Qoyun ətini yuyub, balaca doğrayın. Soğanı xırda doğrayır, kökü sürtgəcdən keçirin. Sarımsaqların üstünün qabığını təmizləyin və bütöv saxlayın. Qazana yağı tökün, soğanı qovurun. Sonra əti öküb, qızarana qədər bişirin. Üzərinə kökü töküb azca bişirin. Cirəni və digər ədviyyatlaı üstünə səpin. Düyünü töküb 3 dəqiqə qovurun və suyu əlaə edin. Su çəkilib, düyü bişənə yaxın ortasına bütöv sarımsağı qoyun. Düyünü dəmə qoyub, bişirin.
Çiyələk peçenyesi
Ərzaq:
125 qram marqarin (otaq temperaturunda)
Yarım çay qaşığı yağ
1 xörək qaşığı şəkər tozu
1 paket çiyələk tozu pudingi
2 stəkan qarğıdalı nişastası
2 stəkan un
1 yumurta
1 paket qabartma tozu
Üəri üçün:
Şokolad
Hazırlanması:
Un və qabartma tozu xaricindəki digər maddələr qarışdırıcı qaba alınır və hərtərəfli qarışdırılır. Sonda un və qabartma tozu əlavə olunur və yumşaq xəmir alınır. Qoz ölçüsündə parçalar kəsilir və yuvarlanır. İstəsəniz, bıçağın arxası ilə artı bir forma düzəldilir və bişdikdən sonra şokoladla bəzədilir.
Milli.Az