Maraqlı

“Google” mühəndisi bütün SİRLƏRİ AÇDI: Bədənimizə kompüter qoşulacaq

31 Mart 2023 21:39
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş "Google" mühəndisi, futurist Rey Kurzvel insanların səkkiz il ərzində "ölümsüzlüyə" çatacağını proqnozlaşdırıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kurzvel bildirib ki, nanotexnologiya və robototexnika sahəsindəki irəliləyişlər qocalmanı geri qaytaran "nanobotlar"a gətirib çıxaracaq.

Kurzvel, bu robotlarının bədən yaşlandıqca xarab olan zədələnmiş hüceyrə və toxumaları bərpa edəcəyini ifadə edərək, insanların xərçəng kimi xəstəliklərə qarşı immunitet qazandıracağını irəli sürüb.

Gələcəklə bağlı dəqiq proqnozları ilə gündəmə gələn ABŞ mühəndisi Rey Kurzvel 2012-ci ildə "Google" tərəfindən "maşın öyrənməsi və dil emalını əhatə edən yeni layihələr üzərində işləmək" üçün işə götürülüb. Lakin o, texnoloji inkişaflarla bağlı proqnozları çox əvvəllər verib.

Kurzvel 1990-cı ildə dünyanın ən yaxşı şahmatçısının 2000-ci ildə kompüterə məğlub olacağını proqnozlaşdırmışdı və bu, 1997-ci ildə Deep Blunun Qari Kasparovu məğlub etməsi ilə gerçəkləşib.

Kurzvel 1999-cu ildə demişdi ki, 2023-cü ilə qədər min dollarlıq noutbuk insan beyninin hesablama gücünə və yaddaş tutumuna malik olacaq və bu proqnoz artıq özünü doğruldub.

İndi "Google"un keçmiş mühəndisi texnologiyanın o qədər güclü olacağına inanır ki, o, "təklik" adlanan bu vəziyyətin insanların əbədi yaşamağa kömək edəcəyini irəli sürüb. "Təklik" süni intellektin insan intellektini üstələdiyi nəzəri məqamı təsvir edən anlayış kimi ifadə edilir.

Özünü futurist kimi xarakterizə edən yazar Kurzvel, texnoloji təkliyin 2045-ci ilə qədər baş verəcəyini və süni intellektin 2029-cu ilə qədər etibarlı Turinq testindən keçəcəyini proqnozlaşdırdığını söyləyib. Turinq testi, maşının insan davranışına ekvivalent və ya ondan fərqlənməyən davranışlar nümayiş etdirmək qabiliyyətini ölçən bir testdir.

Maşınların artıq insanları daha ağıllı etdiyini və onları insan beyninə bağlamanın insanların daha ağıllı düşünməsinə kömək edəcəyini qeyd edən Kurvel, "Bəzilərinin qorxusunun əksinə olaraq, beynimizə kompüter yerləşdirmək bizi təkmilləşdirəcək. Daha çox neokorteksimiz olacaq, daha əyləncəli, musiqidə daha yaxşı, daha cəlbedici olacağıq. Biz insanlarda dəyər verdiyimiz hər şeyi daha geniş miqyasda yaşayacağıq", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.