Maraqlı

Bu yazın dəbli geyimləri, rəngləri hansılardır? - "Street" üslublar - FOTOlar

2 Aprel 2023 11:20
Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq yaza çox az qalıb və insanları ən çox maraqlandıran şeylərdən biri də bu sezonun dəbdə olacaq geyimləridir. Bir çoxları bu ilin trendləri ilə maraqlanır, isti günlərə hazırlaşır. Nyu York, London, Milan və Parisdə keçirilən moda həftələrinin "street" üslublarına nəzər salsaq, bu il də əsasən "oversize" geyimlər, dəri parçalar, cinslər dəbdən düşməyəcək. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, həm kişi, həm də qadınlar üçün gündəlik geyimlərdə rastlaşacağımız əsas tendesiyalardan biri süni dəri materialında olan paltarlardır. Uzun dəri gödəkcələr, şalvarlar və onlarla edilən kombinlər bu mövsüm qızıl dövrünü yaşayacaq. Dəri paltarları seçərkən əsasən onların qara və qəhvəyi rəngli olmasına fikir verilməlidir. "Vintage" üslubunda olan bu geyimlər ən çox geyilənlər arasında olacaq.  

Başdan aşağı eyni rəngli geyimlər də bu yaz sezonu aktualdır. Əsasən də qırmızı, açıq yaşıl və bənövşəyi rənglər mövsümün ən diqqət çəkən çalarları arasındadır. 

Sadəliyi sevənlər üçün fransızlar "zəhmətsiz" adlandırdıqları cins şalvar, köynək və uzun plaş kombini istənilən mühitdə dəbli görünməyinizə yardım edəcək. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.