Maraqlı

Tez-tez sabunla çimmək zərərlidir?

9 Fevral 2023 21:35
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elmi araşdırmaların nəticələrinə görə dəri mikroflorası hər gün və ya gec yuyulmasından asılı olmayaraq dəyişilməz qalır.

"Medicina" xəbər verir ki, dəri səthi bir neçə qatdan ibarətdir, ən üst qat epidermisdir.

Məhz burda dərini qoruyan baryer yaranır, bu səth mütəmadi bərpa olur, hüceyrələr ölür yerinə yeniləri gəlir.
Dərini qoruyan faydalı bakteriyaların çoxluğudur, onlar pH səviyyəsini normada saxlayır.

Yaxşı, sağlam dəriyinin pH balansı 5,0 olmalıdır.

Belə balans dərini qıcıqlanmadan, qabıqdan, qızarmadan, dəri xəstəlikləri və cızılmadan qoruyur.
Belə dəridə nəm balansı olur, yaralar tez sağalır, göbələk olmur.

Hamam prosedurları, isti su, müxtəlif yuyucu vasitələr o halda neqativ təsir edir ki, dərinin immuniteti düşüb, pH balansı pozulub, zərərli bakteriyalar çoxdur, bu zaman hər dəfə sabunla yuyulduqca, dərinin təbii mikroflorasının bərpası yubanır.

Digər tərəfdən yuyunma dərinin gigiyenası, ölmüş hüceyrə və çirki aparmaq üçün vacibdir.

Tez-tez gündəlik yuyunma zamanı siz suyun keyfiyyəti və yuyucu vasitəyə fikir verməlisiz.

Cod su ilə yuyunma dərini və saçların vəziyyətini korlayır. Bİr çox şəhərlərdə kran suları epidemik və radiasion baxımdan təhlükəsiz deyil, yaxşı təmizlənmir. Suyun kimyəvi vəziyyətindən də xəbərsizsə, onda hər gün bədəni yumağı azaldın.

Eləcə də həddən artıq kimyəvi tərkibli yuyucu gel, sabunla dərini yumaq da onun epidermisini qurudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.