Maraqlı

2023-ün ən dəbli tufliləri: Bu stil yeni formatda qayıdır - FOTO

11 Yanvar 2023 23:20
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləkdə bağlanan "Meri Ceyn" tufliləri dizaynerlərin 2023-cü ildə diriltdiyi keçmiş tendensiyalardan biridir. Bu model bir neçə dəfə populyarlıq zirvəsini yaşayıb, xüsusilə 30, 60 və 90-cı illərdə. "Meri Ceyn" ayaqqabılarına dünya miqyasında şöhrət və sevgi bəxş edən əsas stil ikonları model Tviqqi və "Sex and City" seriyasının kult qəhrəmanı Kerri Bradşoudur.

Milli.Az xəbər verir ki, 2023-cü ildə bu stil dəbə yeni formatda qayıdacaq. Belə ki, bir çox dizayner yaz-yay kolleksiyalarında tufliləri yeni versiyalarda təqdim edib.

Yeni mövsümdə ənənəvi dəyirmir burun kvadrat və kəskin burunlu modellərlə əvəz olunub. Məsələn, "Prada" bir cüt ayaqqabıda iki böyük tendensiyanı birləşdirib: pərçimli altlıq və maili daban. Belə bir klassik tufli daha maraqlı görünür, eyni zamanda universallığını qoruyur.

Qeyri-adi daban, əslində sizi klassik modellərdən daha tərzli göstərə bilər, odur ki, qarşıdan gələn yaz-yay mövsümü üçün ən yaxşı seçimdir. Bununla belə, ayaqqabılarda mürəkkəb dizaynın olması mütləq şərt deyil, klassik modelini də seçə bilərsiniz. Əmin olun ki, qırmızı, çəhrayı və ya yaşıl kimi qeyri-adi rənglər başqalarında daha effektiv təsir buraxacaq. Belə tufliləri demək olar ki, istənilən geyimlə geyinə bilərsiniz: paltar və ətəklərdən tutmuş cins şalvarlara qədər. Yeri gəlmişkən, corablarla fərqli stil yaratmaq da olar. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.