Həccdə ticarət və ictimai fəaliyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah Təala İbrahim peyğəmbərə (ə. s.) belə əmr etmişdi:
"Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər. Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin. Sonra Ərəfat vəqfəsini ((Ayədəki "təfəs" (تفث) sözünə Ərəfat vəqfəsi mənası verməyimizin səbəbi belədir:
Tay qəbiləsindən Urvə ibn Müdərris nəql edir ki, mən rəsulullaha (ə. s.) Cəmdə (Müzdəlifə) vəqfə yerində çatdım. Mən soruşdum ki, ey peyğəmbər, Tay dağından gəlirəm, miniyim pis vəziyyətə düşdü, özümü də yordum. Vallah, elə bir qum təpəsi qalmadı ki, dayanıb üstündə dincəlməyim. Mən hacı ola bilərəm? Rəsulullah (ə. s.) mənə cavab olaraq: "Kim bizimlə bu namazı qılsa və daha əvvəl gecə, ya da gündüz vaxtı Ərəfata gəlmiş olsa, həccini başa vurmuş, təfəsini də yerinə yetirmiş hesab edilir", - deyə buyurdu (Əbu Davud, Mənasik, 69).)) başa vursunlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər" (Həcc, 22/27-28).
Əgər diqqət yetirsək, görərik ki, ayələr bir-birindən fərqlənən iki şeyi vurğulayır. Bunlardan biri əldə olunacaq mənfəət, digəri isə yerinə yetirilən ibadətdir. Bunların hər ikisi də mənfəətdir: Biri din ilə əlaqədardır, digəri isə dünyaya aiddir.
Bu ayədə də buna oxşar bir məqam var:
"(Həcc mövsümündə) Rəbbinizdən ruzi diləməyiniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdıb, axın etdiyiniz zaman Məşərul-Haramın yanında Allahı xatırlayın. Sizə necə göstəribsə, Onu o cür xatırlayın. Siz bundan əvvəl həqiqətən, yanlış yolda idiniz!" (Bəqərə, 2/198).
Əshabədən Abdulla ibn Abbas nəql edib:
"Həcc ibadəti başlamamışdan əvvəl insanlar Mina, Ərəfat və Zul-məcaz yarmarkasında və digər bazarlarda ticarətlə məşğul olurdular. Alan alır, satan satırdı. Sonra ehramlı halda bu işlə məşğul olmaqdan qorxub çəkindilər. Bunun üstündən Allah tərəfindən yuxarıdakı ayə nazil oldu". ((Əbu Davud, Sünən, Mənasik, 7, hədis nömrə 1734.))
Bu bazar və yarmarkalar İslamdan sonra da qurulmağa davam etdi. İlk tərk edilən Ukaz bazarı oldu. Xaricilərin dövründə (hicri 129-cu ildə) qurula bilmədi və ondan sonra tamamilə tərk olundu. ((İbrahim Canan, Kutubu-sittə tərcümə və şərhi, Akçağ nəşriyyatı, 3/288-289.))
Həcc ibadəti hər insanın can və mal-mülk təhlükəsizliyinin təmin edildiyi haram ayların ortasında yerinə yetirilir. Bu aylar zilqədə, zilhiccə və məhərrəm aylarıdır. Hacı namizədləri zilhiccənin 9-unda Ərəfata çıxırlar və həcc ibadəti bu ayın 13-ünədək davam edir. Bu aylardan başqa rəcəb ayı da var. Bu minvalla haram ayların sayı 4-ə çatır. Allah Təala belə buyurur:
"Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında - Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanliş bir şeyə atasınız (səhvə yol verəsiniz)" (Tövbə, 9/36).
Həcc ibadəti İbrahim peyğəmbərin (ə. s.) dəvəti ilə başladı və Kəbə onun nəslindən olan Qureyşilərin ((İbn Hişam, Sirətun-nəbi, təhqiq edən Mühyiddin Əbdülhəmid, Beyrut, hicri 1401, miladi 1981-ci il, 1-ci cild, s. 216.)) (Ukaz - عـكاظ) bazarı, ((Məhəmməd Həmidullah, İslam peyğəmbəri, 2-ci cild, s. 946, abzas 1593, Ankara, 2003.)) zilhiccənin 1-ci günündən 9-cu tövriyə gününə qədər Mina yaxınlığında Zul-məcaz yarmarkası təşkil olunur, sonra Minaya gedilir və həccə başlanırdı. ((Cavad Əli, eyni əsər və cild, s. 375.)) Bazar və yarmarkalarda ticarətlə məşğul olur, şeir oxuyur və söhbət edirdilər. cəhdlərilə həmişə ibadətə açıq vəziyyətdə saxlandı. Buraya gələn hacılara müxtəlif xidmətlər göstərildi ((Onlar bu xidmətlə öyündükləri üçün Allah belə buyurmuşdur:
"Siz hacılara su vermək və məscidi-haramı ibadətə açıq saxlamağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə birmi hesab edirsiniz? Onlar Allah yanında eyni olmazlar. Allah zalımlar dəstəsini hidayətə çatdırmaz" (Tövbə, 9/19).)) və həccin iqtisadı və ictimai cəhəti məsələsində səhlənkarlığa yol verilmədi. Ayələrə müvafiq olaraq zilqədə ayının 1-indən 20-sinə qədər ((Cavad Əli, Tarixul-Ərəb qəbləl-İslam (İslamdan əvvəl Ərəblərin tarixi), 7-ci cild, s. 377 və digər səhifələr. Bağdad universitetinin köməyilə nəşr edilmişdir. Tarix və yer göstərilməyib.)) Ərəfat yaxınlığında Ukaz
Muhəmməd peyğəmbər (ə. s.) də bazar və yarmarkalarda iştirak etmiş və bunu peyğəmbər olduqdan sonra da davam etdirmişdir. Ətraf yerlərdəki qəbilələrdən gələn insanları Allahın dininə dəvət etmək üçün həmin yarmarkalarda onlarla üzbəüz görüşmüşdür. ((Cavad Əli, eyni əsər və cild, s. 382.)) Bəzi Mədinə sakinlərinin müsəlman olaraq Əqəbədə peyğəmbərimizlə (ə. s.) etdiyi biətlər də məhz bu dövrdə baş vermişdir.
Xəlifə Ömər də bu mövsümdə valilərini Haramda toplayır, xalqın qarşısında haqq-hesaba çəkirdi. Şikayəti olanlar şikayətlərini danışırdılar. Lazım gələrsə, elə xəlifənin hüzurundaca mühakimə edilirdilər. ((Hakkı Dursun Yıldızın rəhbərlik etdiyi bir heyət, Böyük İslam tarixi, 2-ci cild, s. 179 və digər səhifələr, İstanbul, 1992.))
Hicrətin 9-cu ilində müşriklərin həcc və ömrə ziyarəti qadağan olundu. Bu da öz növbəsində ticarətin canlılığını itirəcəyinə dair təşviş doğurdu. Buna qarşı aşağıdakı ayə nazil oldu:
"Ey iman gətirənlər! Müşriklər sadəcə olaraq murdardırlar. Nəbadə, bu ildən sonra məscidi-harama yaxınlaşalar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) Allah fürsət verən kimi sizi öz ikramı ilə zəngin edəcək. Şübhəsiz ki, Allah biləndir, doğru qərar verir!" (Tövbə, 9/28).
Haram ayları ilə əlaqədar hökmlər Qiyamətə qədər qüvvədədir. ((Baxın: Maidə sursəi, 2-ci ayə.)) Həmin aylarda bizimlə müharibə halında olmayan hər insanın can və mal təhlükəsizliyini təmin etmək Allah tərəfindən bizə verilmiş vəzifədir. Unudulan bu vəzifəni (borcu) yerinə yetirəcəyimizi elan etməli və Haram hüdudlarından kənarda müşriklərin də iştirak edə bilmələri üçün hamıya açıq olan bazarlar qurmalıyıq.
Allah Təala müşriklərin Harama daxil olmasını qadağan etdikdən sonra bizə bu əmri verib:
"O müşriklərdən biri sənin yanında olmaq istəsə, ona bu imkanı ver ki, gəlsin, Allahın sözünü (Quranı) dinləsin. Sonra onu özünü təhlükəsiz hiss edəcəyi yerə çatdır. Belə et, çünki onlar (Quranı) bilməyən bir cəmiyyətdir" (Tövbə, 9/6).
Müşriklər Qurana qulaq asmaq üçün Harama girə biləcəkləri üçün Haram daxilində onların öz dilləri ilə Qurana qulaq asacaqları şərait hazırlanmalıdır. Bu yolla onların Quranla əlaqədar məlumatları ilk mənbədən almaqları təmin edilər.
Müsəlmanların Quran məlumatları kifayət qədər olmadığına görə eyni şərait onlar üçün də təmin olunmalıdır.
Orada başqa fəaliyyətlərlə məşğul olmaq da mümkündür. Misal üçün, hər bir sahədə inkişafa dəstək olanlara mükafat vermək yoluyla insanları xeyir əməllərdə yarışdırmaq olar. Mükafatlara Kəbə mükafatı adı verib Məkkə və ətrafını dünyanın bir nömrəli cazibə mərkəzi halına gətirmək olar.
Müsəlman olmaq insanın şəxsi seçimi, necə deyərlər, öz qərarıdır. Hamının özünə görə tutduğu bir yol var. Bizim öhdəmizə düşən şey sadəcə olaraq təbliğ etməkdir. Dünya işlərinə gəldikdə, biz insanları insanlığın xeyrinə olan şeylərdə yarışdıra bilərik. Allah Təala belə buyurur:
"Hər kəsin üz tutduğu bir yolu vardır, siz onlarla yaxşı işlər görməkdə yarışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Bəqərə, 2/148).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
XƏBƏR LENTİ
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi





