Haram tikənin övlada təsiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Sadiq (ə) buyurur: "Haram ruzinin təsiri nəsildə aşkar olar".
İslam dinimizin əhəmiyyət verdiyi mövzulardan biri də insanın halal yolla ruzi qazanması və haramdan uzaq olmasıdır. Çünki bu əməlin təsiri həyatın mühüm mərhələlərində özünü büruzə verəcəkdir.
Belə ki, haram tikənin təsirini Aşura günündə "namazqılan" insanların İmam Hüseynə (ə) qarşı dayanmasında görmək olar.
O yerə qədər ki, İmam (ə) buyurur: "Mənim sözlərimin sizin qəlbinizə təsir etməməsi, sizin əlinizə çatan haram hədiyyələrin təsirindəndir və sizin müşkülünüz - haram malla dolu olan qarınlarınızdır".
Haram malın insana təsiri ona bənzəyir ki, su damçıları yavaş-yavaş daşın üzərinə tökülər və onu deşər. Ona görə də belə insan həyatda çətinliklə qarşılaşan zaman, onun səbəbini bilmir.
Misal üçün, iffətsizlik o bəlalardandır ki, uzun zamandır cəmiyyəti əhatə etmişdir. Hər nə edilirsə-edilsin, lakin qarşısını almaq asan bir iş deyildir. Bilməliyik ki, bu iffətsizliyin əsil səbəbi - haram tikə yeməkdir.
Haram tikənin təsirlərindən biri də budur ki, insanın övladları haqq və həqiqəti qəbul etməkdən imtina edərlər.
Məsumlar (ə) buyurur ki, əgər qarın haram tikə ilə doludursa, onun zülməti bütün varlığı bürüyəcəkdir. Belə insan həm özünün və həm də ailəsinin abrını aparmağa hazır olar, ancaq nəfsani istəklərindən əl çəkməz.
Az deyildir o övladlar ki, haram tikənin təsirindən valideynlərinin gününü qara edirlər. İş o yerə gəlib çatar ki, valideyn nə belə övladı ilə yaşaya bilir, nə də onu tərk edə bilir.
Bütün bunlar - haram tikənin tədrici təsirləridir. Ana özü hicab taxmasına baxmayaraq, qızı hicaba nifrət edər. Ana da şikayət edir ki, qızım niyə hicab taxmaqdan imtina edir? Bu ana bilmir ki, övladının tərslik etməsinin səbəbi - haram tikədədir.
Beləliklə deyə bilərik ki, haram tikə nəinki insanın özünə təsir edər, bəlkə bütün ailə üzvlərinə və övladlarına da təsir qoyar.
Onları dindən uzaqlaşdırar və yolunu azmaqlarına səbəb olar. Belə ailədə abır aradan gedər və iffətsizlik baş alıb gedər. Səbəbi də budur ki, insan ailəsini haram ruzi ilə qidalandırar.
Allah Təala bizləri haram tikədən uzaq etsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir





