Maraqlı

Beynin ölçüsü səhər və axşam dəyişir

20 Avqust 2022 20:30
0 Şərh     Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadada yerləşən Montreal Nevroloji İnstitutundan olan elm adamlarının araşdırması ayaqlar kimi, beynin də böyüklüyünün səhər və axşam eyni olmadığını göstərib.

Araşdırma beynin həcminin səhərlər daha böyük olduğu və gün ərzində ölçüsünün kiçildiyini ortaya çıxarıb.

Alimlər daha əvvəl aparılmış geniş miqyaslı araşdırmadan yararlanaraq 3300-ü MS, 6100-ü Alzheimer xəstəsi olmaqla təxminən 10 000 insanın beyninin görüntülərini səhər, günortadan sonra və axşam araşdırıb.

Səhər beynin ortalamadan daha böyük olduğunu aşkar edən elm adamları bu halın süngərə bənzəyən bu orqanın üfüqi vəziyyətdə maye dövranının daha yaxşı olması sayəsində gecə boyunca  kifayət qədər "nəmli" qalmasından qaynaqlandığını irəli sürüblər.

Araşdırmanın nəticələri "Nerolmage" jurnalında dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.