Qarpızı çox yeməyin ZƏRƏRLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.
Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova məlumat verib.
Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.
Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.
"Bundan başqa, qarpızı bir yaşa qədər körpəyə vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla -gündə 50-80 qramdan çox olmamaq şərtilə vermək olar", - deyə Yeqorova əlavə edib.
Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.
Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil.
"A", "C", "B" vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır.
Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir. Həkim qarpızdan gün ərzində qeyd olunan miqdarı nəzərə alaraq istifadə edilməsini məsləhət görür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
-
Dua Lipanın toy (Fotoları)
-
Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc
-
Montellanın istefası gözlənilir
-
Zeynəb Xanlarova övladları ilə (Foto)
-
SEPAH: Hörmüz boğazı bağlanıb
-
Azərbaycandan ən çox neft idxal edən ölkələr açıqlanıb
-
Sumqayıtda yaşayış binasında partlayış baş verib (Foto)
-
“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO
-
Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı açıqlandı
-
Bakıda kişi telefona çox baxan arvadını döydü
-
Superliqa klubu Yankoviçi istəyir
-
Pərişan Həsənova vəfat etdi (Foto)
-
Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
Müşviqin 4 ildir görmədiyi oğlu (Foto)





