Körpənin yellənərək yatırılması düzgün deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuxu orqanizm üçün lazım olan mühüm fiziologiyadır. İnsanlarda yuxunun optimal müddəti müxtəlif olur.
Körpələrin isə yuxuya olan tələbatı daha artıqdır. Bəzi valideynlər körpələri dizləri üstə və ya başqa yerdə yelləyərək yatızdırırlar. Mütəxəssislər hesab edirlər ki, uşaq yellənən zaman gözləri bir nöqtəyə baxır və yorğun olduğuna görə yox, başı gicəlləndiyinə görə yuxuya gedir, yəni körpə sərsəmləyərək yatır.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Əkbər Quliyevin dediyinə görə, bu hal körpələrdə qalıcı beyin zədələrinə gətirib çıxara bilər: "Körpələrin yellənərək yatızdırılması onlarda sarsıma yaradır, beyin daha oyanıq halda olur. Yuxusunu tam almayan uşaqlarda davranış pozuntusu, aqressivlik və aktivlik müşahidə edilir. Məlum olduğu kimi, yuxunun dərin və səthi fazaları var. Bu cür yatan uşaqlar yuxunun keçid dövründə oyanır və həmin dəstəyi tələb edirlər. Belə olanda artıq onlarda yuxu pozuntusu yaranır".
Bir yaşınadək körpələr gün ərzində 18 saat yata bilər. Uşaqlarda gündüz yuxusu 2-3, gecə yuxusu isə 7-8 saat və dəstəksiz olmalıdır. Həkim-pediatrın dediyinə görə, uşaq özü heç bir əlavə köməkçi vasitə olmadan yuxuya getməlidir: "Beş ayından sonra körpənin yellənilməsi, əmzik verilməsi, yaxud hansısa bir mahnı, musiqi sədaları altında yatırılması ona mənfi təsir edir. Bəzən analar uşaqları ayaqları üstünə qoyub şiddətlə yelləyərək onları bayıldıb yatırırlar. İlk beş ayında yüngül amplitudada körpəni yelləmək onun yatmağına kömək edir".
Həkim-pediatr deyib ki, yelləmə zamanı sürət güclü olarsa, körpədə beyin silkələnməsi baş verə bilər. Ona görə də valideynlərə uşağın yuxuya getməsi üçün yelləmək yox, digər üsullardan istifadə etmək məsləhət görülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Xames Rodriges millidən getdi
XƏBƏR LENTİ
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı





