Maraqlı

Körpələri hədsiz dərəcədə təmiz və steril saxlamaq olmaz - Həkim

28 İyul 2022 21:25
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.
Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.

Milli.Az azedu.az-a istinadla xəbər verir ki, bunları həkim-pediatr Qoşqar İsmayılov deyib:

"Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".

Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.

Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".

Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.