Maraqlı

İşin ən yaxşı başlanğıcı və sonu nədədir?

6 Avqust 2022 20:50
0 Şərh     Baxış: 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?

Həzrət (ə) buyurur: "Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda".

Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?

Buyurur: "Özünü faydalı olmayan şeyə məcbur etməkdə".

Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur: "Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın".

Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar - baxmayaraq ki, az olsa belə".

İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: "İşin ən yaxşı başlanğıcı - sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.