Britaniyanın "Mumsnet" forumunun istifadəçisi atasının gizli yazışmalarını tapıb və bir bacısının varlığından xəbər tutub.
Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
24 yaşlı qadın bu barədə forumda danışıb. Onun sözlərinə görə, son vaxtlar atasının davranışı ona qəribə görünüb və o, bunun səbəbini öyrənmək qərarına gəlib. O "Mumsnet"də yazıb: "Bilirəm ki, bunu etməməliydim, amma o, bir səhər gedəndə onun e-poçtunu oxudum". Onun diqqətini çəkən məktubların bəziləri atasının çoxarvadlı olduğunu və ikinci ailəsinin olduğunu işarə edirdi.
Britaniyalı atasının iş üçün dünyanın müxtəlif yerlərinə səyahət etməli olduğunu izah edib. O, uzun müddət başqa ölkələrdə yaşayıb, ona görə də münasibətlərə başlamaq imkanı olub.
Məlum olub ki, ata digər uşaqlarına pul və oyuncaqlar göndərirdi.
İrfan Vəliyev
Milli.Az