Maraqlı

Qurban əti kəsildikdən 12 saat ərzində yeyilməlidir

9 İyul 2022 23:05
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli diyetoloq Elif Sena Ay hesab edir ki, heyvan kəsildikdən 24 saat sonra onun əti yeyilməlidir.
Ekspert Qurban bayramı ilə bağlı tövsiyələrini verib.

"Yeni kəsilən heyvan ətinin sərtliyi həm yemək bişirəndə, həm də həzmdə çətinlik yaradır. Mədədə şişkinlik və həzmsizlik kimi problemlərə səbəb olur. Bu səbəbdən ət ən azı 24 saat saxlanmalı və sonra istehlak edilməlidir.

Qırmızı ət ən yaxşı protein mənbəyidir, eyni zamanda B12, B6, B1 və A vitaminləri, dəmir, sink, fosfor, maqnezium mineralları ilə zəngindir. Lakin E və C vitaminləri ehtiva etmədiyi üçün ət yeməklərini C vitamini ilə zəngin tərəvəzlərlə, salatlarla və ya meyvə suları ilə birlikdə yemək faydalıdır. Tərəvəzlərdəki C vitamini dəmirin sovrulmasını artıracaq.

Qırmızı ətdən görünən yağ və piylər ayrılsa da, yağlılığı təxminən 20 faidir. Yağlı ətdə doymuş yağ və xolesterin yüksəkdir. Qurbanlıq əti çalışın kərə yağında deyil, zəif odda öz suyunda bişirin. Ümumiyyətlə, ət yeməklərinə kərə yağı əlavə edilməməlidir, öz yağında bişməlidir. Qırmızı ət yeməkləri əsasən günorta saatlarında yeyilməlidir, axşam isə tərəvəz və lobya kimi lifli məhsullara üstünlük verin. Qazlı içkiləri ayranla əvəz etmək daha faydalıdır. Ət yemisinizsə, qəbul edilən mayenin də miqdarı çox olmalıdır, 2 litr və daha çox. Su ətin həzm olunmasını asanlaşdıracaq. Xəmir və şərbətli şirniyyatları isə südlü desertlərlə əvəz edin".

Həkim qeyd edib ki, ürək-damar xəstələri cız-bız kimi yağlı yeməklərdən uzaq durmalıdır:

"Əti suda qaynatmaq və ya sobada bişirmək ən yaxşı variantdır. Qızartma və qovurma üsullarından qaçınılmalıdır. Əgər ət manqalda bişiriləcəksə, çox qızartmayın. Kömürləşdirilmiş ət xərçəng riski daşıyır. Fol turşusu kimi vitaminlərin itirilməsinə səbəb olur.

Ətləri qiymə və ya xırda-xırda doğrayıb torbalara yerləşdirin. -2 dərəcə istilikdə soyuducuda 1-2 həftə, dondurucuda isə -18 dərəcə Selsidə daha uzun müddət saxlamaq olar. Bişirmək üçün dondurucudan çıxarılıb əridilmiş ət dərhal bişirilməli və yenidən dondurulmamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.