Maraqlı

Başı belə yumaq saçları tökür - Trixoloq həkim

14 İyun 2022 21:25
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başı yuyarkən yol verilən səhvlər tük follikullarını məhv edir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, trixoloq Anabel Kinqsli saç tökülməsinin səbəbini açıqlayıb.
Çox zaman nazik, cansız, qırılan saçları guya möhkəmlətmək üçün başı soyuq su ilə yaxalayırlar. Bu böyük səhvdir. Belə üsul əksinə saçların güclü tökülməsinə səbəb olur.

"Soyuq su başdakı qan damarlarını daraldır, spazm verir, tük follikullarının qanla qidalanmasının qarşısını alır. Saçı soyuq su ilə yaxalayanda qidalandırıcı maddələr saç dibinə çatmır.

"Saçı nə qədər çox, tez-tez və soyuq su ilə yusanız, bir o qədər çox tökülmə olacaq. Soyuq su yağ vəzilərini dondurmayacaq, saşları hamar, parıltılı etməyəcək. Saçı da, bədəni də istiyə yaxın su ilə yumaq lazımdır" - deyə həkim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.