Maraqlı

ABŞ-da “Ferrari”dən iki dəfə baha zibil maşınının istehsalına başlanıldı - VİDEO - FOTO

19 Aprel 2022 14:42
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ağır texnika istehsalçısı "Mack" şirkəti batareyalı "LR Electric" zibil daşıyan istehsal etməyə başlayıb. Yeni maşın 376 kilovat-saat tutumlu dartma akkumulyatoruna və 454 at gücünə malik ikimühərrikli elektrik stansiyasına malikdir, maksimal güc ehtiyatı 160 kilometrdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, elektrikli zibil maşınının qiyməti isə hər kəsi təəccübləndirib: "Mack LR Electirc" yarım milyon dollara başa gələcək. Bu isə təxminən 220 min dollara başa gələn "Ferrari Roma"dan iki dəfə bahadır.

Bununla belə, mütəxəssislərin hesablamalarına görə, "Mack LR Electric"in istismarı ilə dizel yanacağına ildə 40 min dollara (68 000 manat) qədər qənaət mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.