Maraqlı

Kimlərə qoz-fındıq yemək olmaz?

27 Mart 2022 14:30
0 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz xonçasının əsas atributları olan qoz, fındıq, badam və digər çərəzləri daha çox kişilər və uşaqlar yeyir. Amma müasir insanların orqanizmində baş verən dəyişikliklər bu faydalı qidanı bəziləri üçün təhlükəli edib.

Sutkalıq qoz-fındıq kimi çərəzin norması 40 qramdır. Ondan artıq yemək olmaz.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, 40 yaşından sonra bir çox insan qoz-fındıqla ehtiyatlı olmalıdır.

Novruz günlərində əsasən kimlər bu çərəzləri az yeməlidir?

- II tip diabet xəstələri

- Atipik diatez və dermatitis olanlar

- Mədəaltı vəzi xəstəliyi olanlar, pankreas

- Mədə-bağırsaq xorası olanlar

- Yüksək təzyiqi olanlar

- Piylənməsi olanlar

- Ağır əməliyyat keçirənlər

- Miqren və baş ağrısı olanlar.

Bu şəxslər bayram günlərində sutkada 2-3 ədəddən artıq qoz-fındıq yeməməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.