Maraqlı

"Özcanın təhdidlərini eşidirdim" - Feyzanın anası

16 Fevral 2022 10:42
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi iddiası ilə açılan məhkəmə prosesində şahidlər dindirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, F.Aktanın anası Fatma Damarcan Sarıyer və Almaniyada baş verən şiddət hadisələri zamanı orada olmadığını, ancaq Göcekdə baş verənlərin şahidi olduğunu deyib:

"Mən, nəvəm, qızım və Özcan Göcekdə istirahət edirdik. Özcanla qızım mübahisə etdilər, geri qayıtmaq qərarı aldıq. Çantalarımızı topladım, avtomobilə yerləşdirəndə evdən Özcanın qışqırmasını və təhdidlərini eşidirdim. İçəri daxil olanda nəvəmlə Özcan çölə çıxdı. Qızım isə hamama girib, qapını bağlamışdı. Təkidlərimdən sonra hamamdan çıxdı, Özcanın başına vuraraq ona şiddət göstərdiyini dedi. Həmin anları görməmişəm, Feyza danışıb. Qızımın saçları dağılmışdı, üzündə isə izlər var idi. Hadisədən sonra isə hamımız İstanbula qayıtdıq".

Qeyd edək ki, şahidlərin dinlənilməsi üçün məhkəmə yenidən baş tutacaq. Aktanın vəkilləri Ö.Dənizin 6 aydan, 1 il 6 aya qədər həbs olunmasını tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.