Toyota ekstremal Ford F-150 Raptor pikapına rəqib hazırlayır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toyota Tundra pikapının modifikasiya çeşidində yenilik ola bilər: yapon istehsalçısı Ford F-150 Raptor modelinə rəqib hazırlamaq niyyətindədir. Bu barədə şirkət daxilindəki mənbələrinə istinadən The Drive nəşri xəbər verib. Nəşrin əldə etdiyi məlumata görə, ekstremal Tundra pikapı SEMA sərgisi üçün inşa edilmiş TRD Desert Chase prototipinə bənzər olacaqdır.
Keçən ilin noyabr ayında keçirilmiş SEMA sərgisi üçün inşa edilmiş Toyota Tundra Desert Chase prototipi zahiri cəhətdən geniş kuzov dəsti, təhlükəsizlik karkası, habelə öndə və damda quraşdırılmış əlavə işıq texnikası ilə seçilirdi. 18-düymlük döymə təkər diskləri 37-düymlük General Grabbers şinləri ilə təchiz edilmişdi. Daha iki şin kuzovda yerləşdirilmişdi. Bundan başqa, ekstremal pikap uzungedişli asqı və gərəkli ofroud ləvazimatı ilə (domkrat, karbon qazı doldurulmuş balon, habelə su və yanacaq konteynerləri) təchiz edilmişdi.
Milli.Az autograph.az-a istinadən bildirir ki, şou-karı i-Force Max hibrid güc qurğusu ilə təchiz edilmiş Tundra TRD Pro versiyasının əsasında inşa etmişdilər. Hibrid qurğunun tərkibinə 3,5-litrlik V6 biturbomühərriki, mühərrik və 10-pilləli avtomatik ötürmələr qutusunun arasında yerləşdirilmiş elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatə 443 at qüvvəsi və 790 Nm təşkil edir. Çox güman ki, ekstremal versiyanın güc aqreqatı bir qədər güclü olacaqdır, çünki onun əsas rəqibi olan Ford F-150 Raptor modeli 456 at qüvvəli 3,5-litrlik V6 HO EcoBoost mühərriki ilə təchiz edilir.
Ekstremal Tunra pikapının debütü səhrada keçiriləcək və pikapın öz potensialını nümayiş etdirəcək yarış zamanı baş tuta bilər. Belə məlumat insayderlər tərəfindən səsləndirilsə də, Toyota bu məlumatı rəsmi olaraq təsdiqləmyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi





