Üç nəfərin imtahanı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Vaxtı ilə Allah İsrail oğullarından üç nəfəri - cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk insan qiyafəsində əvvəlcə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: "Sənin ən çox istədiyin şey nədir?" O dedi: "Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər." Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: "Sənin ən çox sevdiyin mal nədir?" O: "Dəvə ya da inəkdir"- deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: "Allah bunu sənin üçün bərəkətli etsin!" Sonra mələk keçəlin yanına gəlib dedi: "Sənin ən çox istədiyin şey nədir?" O dedi: "Gözəl saçım olsun və bu keçəllik məndən getsin. İnsanlar artıq məndən diksinirlər." Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: "Sənin ən çox sevdiyin mal nədir?" O: "İnəkdir"- dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: "Allah bunu sənin üçün bərəkətli etsin!" Bundan Sonra mələk korun yanına gəlib dedi: "Sənin ən çox istədiyin şey nədir?" O dedi: "Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim." Mələk əlini onun gözlərinə sürtdü və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: "Sənin ən çox sevdiyin mal nədir?" O: "Qoyundur"- dedi. Ona balalı bir qoyun verildi və mələk dua edib dedi: "Allah bunu sənin üçün bərəkətli etsin!" Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də qoyunu balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: "Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyinlə istəyimə nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və bu qədər sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim." Bu adam cavabında ona dedi: "Düzü, özümün o qədər verəcəyim var ki!" Mələk ona dedi: "Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə istədiklərini vermədimi?" Adam dedi: "Bu var-dövlət mənə ata-babalarımdan miras qalmışdır." Mələk dedi: "Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!" Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. Onda Mələk dedi: "Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!" Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: "Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə istəyimə nail ola bilərəm. Sənin gözlərini qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim." Adam dedi: "Doğrudur, mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər qoyun istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymayacağam." Mələk dedi: "Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!" (əl-Buxari, 3464)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
XƏBƏR LENTİ
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi





