Maraqlı

Həcc etməyin mükafatı

20 Yanvar 2022 22:55
0 Şərh     Baxış: 438

Həcc İslam dininin beş əsasından biri sayılır. Həcc bir çox ibadəti özündə cəm edən böyük ibadətdir. Uca Allah öz sevimli dostu İbrahimə Qədim Kəbə evini indiki Məkkə şəhərində inşa etməyi əmr edərək buyurur:
"Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!"- demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içinti olan yoxsullara da yedirdin! Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər. Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar." (əl-Həcc surəsi, 26-30).
Həcci düzgün yerinə yetirən müsəlmanın dini tamamlanır və o, Cənnətlə mükafatlandırılır. Ubədə ibn Samit rəvayət edərək demişdir: "Bir gün Allahın elçisi - salləllahu aleyhi və səlləm - bizimlə namaz qıldı. Sonra biri mədinəli, digəri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı. Mədinəli Səqif qəbiləsindən olan kişini Allahın elcisinə birinci yaxınlaşmaqda qabaqladı. Allahın elçisi Səqifdən olana dedi: "Mədinəli soruşmaqda səni qabaqladı." Mədinəli dedi: "Ola bilsin ki, o, məndən çox tələsir, qoy birinci soruşsun." Səqif qəbiləsindən olan namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allahın elçisi mədinəliyə dedi: "Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim." O dedi: "Ey Allahın elçisi, mənə xəbər ver!" Allahın elçisi dedi: "Sən gəldin məndən soruşasan ki, qədim Evə (Kəbəyə) gəlməyinin, Ərafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?" Mədinəli dedi: "Səni haqq ilə gondərən Allaha and olsun ki, mən səndən bundan başqa bir məsələ haqqında soruşmağa gəlmədim." Allahın elçisi dedi: "Qədim Evə gəlməkdə mükafatın sənin və miniyinin atdığı hər addıma gorə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Ərafatda durduqda Allah mələklərinə buyurur: "Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?" Mələklər deyirlər: "Onlar Sənin razılığını və Cənnəti istəyirlər." Allah buyurur: "Mən özümü və bütün məxluqatımı şahid tuturam ki, Mən onları zamanın gunlərinin, yağış damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım!" Daş atdıqda Allah buyurur: "Etdikləri əməllərin mukafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını hec kəs bilmir" (əs-Səcdə, 17).
Başını qırxdırdıqda isə yerə duşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda sən anadan doğulduğun gundə olduğun kimi günahlarından azad olarsan". Başqa bir rəvayətdə isə Peyğəmbər belə demişdir: "Beytul-Harama gəlmək üçün evindən çıxmağına gəlincə, miniyinin atdığı hər addıma gorə Allah sənə bir savab yazır və bir günahını silir. Ərəfatda durmağına gəlincə, Allah bu vaxt dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: "Bunlar toz-torpaq icində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Məni görmədən mərhəmətimə ümid bəsləyir və əzabımdan qorxurlar, bəs Məni görsəydilər necə?" Sənin günahların böyük bir qum yığınının dənələri və ya dünyanın günləri, ya da göydə olan yağışın damcıları qədər olsa belə, Allah onları səndən təmizləyər. Daş atmağına gəlincə, o, sənin üçün şeytanı zəlil etməkdir. Başını qırxdırmağına gəlincə, yerə duşən hər bir tükə gorə sənin üçün bir savab vardır. Evi təvaf etdikdə isə anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan." (Səhih Cəmi əs-Sağir, 1360).

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics