Maraqlı

Bilirsiz, nəyə görə qıdığınız gəlir?

8 Yanvar 2022 07:01
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qıdıqlanma - dərinin bəzi reflektor hissələrinin qıcıqlandırılması zamanı yaranan şərtsiz refleksdir.

Bu zaman bir qrup əzələlərin yığılması nəticəsində bədənin qıdıqlandırılan hissəsinin çəkilməsi baş verir.

Hissiyyat - dərinin ən vacib funksiyalarından biri olub, dəridə yerləşən külli miqdarda sinir ucluqlarının fəaliyyəti ilə bağlıdır. Beləliklə, insan bədəninin səthi - temperatur və təzyiq kimi xarici qıcıqlandırıcı faktorlara qarşı reaksiya verən böyük bir qəbuledici sistemdir. Elə məhz təzyiqə qarşı reaksiya qıdıqlanmanın "mexanizmini" müəyyən edir. Məsələ burasındadır ki, insan bədəninin bəzi nahiyələri sinir ucluqları ilə çox zəngindir - xüsusən qoltuqaltı çuxurlar, pəncələr, kürəkətrafı nahiyə.
Daha hərəkətli sinir sisteminə malik insanlarda, yəni xoleriklərdə və sanqviniklərdə qıdıq - gülüş, qışqırıq kimi daha aşkar emosiyalara səbəb olur.

Deyerler.org bildirir ki, bəzi hallarda qıdıqlanma zamanı yaranan reaksiya xaricən gülüşə bənzəyir, əslində isə bronxların spazmı ilə nəticələnir. Bu zaman əllər də qeyri-iradi hərəkətlər edərək qıcıq mənbəyini uzaqlaşdırmağa çalışır.
Hazırda hesab olunur ki, qıdıqlanma parazit həşəratlardan qorunmaq üçün müdafiə reaksiyasıdır. Həşəratlar bədənin müəyyən hissəsində hərəkət edəndə qıdıqlanmaya səbəb olur. Cavab olaraq tənəffüs spazmı fonunda əzələlərin yığılması və bədənin silkələnməsi, qeyri-iradi əl hərəkətləri ilə həmin nahiyənin qaşınması baş verir ki, həşəratlar bədənin səthində qala bilmir.

Qıdıqlanmaya qarşı reaksiyaların gücü daha nə ilə müəyyən olunur? Axı bəzi insanlar eyni qıcığa qarşı güclü, bəziləri isə çox zəif reaksiya verir. Təbii ki, bu da hər bir insanın qıcıq qapısının fərdi səviyyəsi və dərialtı piy toxumasının qalınlığı ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.