Maraqlı

Çində yeni epidemiya: "Hemorragik hərarət"

26 Dekabr 2021 17:30
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Sian şəhərində "hemorragik hərarət" epidemiyası ortaya çıxıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, şəhər rəhbərliyi 16-60 yaşlı şəhər sakinlərini peyvənd olunmağa çağırıb.

"Hemorragik hərarət" peyvəndi üç dozadan ibarətdir, ilk iki doza iki həftəlik fasilə ilə tətbiq olunur. Üçüncü doza bir ildən sonra verilir.

Bu epidemiya insanlara gəmiricilərin dişləməsindən və ya bu heyvanların təmasda olduqları qida və balıq məhsullarından keçir. İnsandan insana yoluxma hadisəsi isə nadirdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.