Özünü “12-ci İmam” kimi təqdim edən şəxslə bağlı YENİ XƏBƏR: Bacısının da... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Şaurma N1" restoranlar şəbəkəsinin şəriki, bir müddət öncə "12-ci İmam" kimi təqdim edilərək vətəndaşlara qarşı dələduzluq etdiyi iddiası ilə həbs olunan sahibkar Aqil Babayevin ailəsi təyziqlərə məruz qaldığını iddia edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə A.Babayevin bacısı Mətanət Babayeva məlumat verib. O bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub:
"Baş Dövlət Yol Polisi tərəfindən "99-VD-699" dövlət nömrə nişanlı "Hyundai Santafe" markalı avtonəqliyyat vasitəmin istifadəsinə məhdudiyyət qoyulması barədə mənə məktub göndərilib. Hüquq-mühafizə orqanları bu yolla bizi Aqilin qanunsuz həbsi ilə bağlı şikayət etməkdən, məsələni ictimailəşdirməkdən çəkindirməyə çalışır.
Qardaşımın evindən 9 milyon manat pul və qızıl-zinət əşyaları aparılıb. Bu barədə aidiyyəti orqanlara şikayət etsək də, məsələ araşdırılmır. Əksinə qardaşım şərlənərək "12-ci İmam Mehdi" adı ilə heç bir dəlil olmadan həbs edilib.
Üzərinə həbs qoyulan avtomobil mənim şəxsi maşınımdır. Bu avtomobilimin qardaşıma, onun əmlakına heç bir aidiyyəti yoxdur. Bununla belə güc strukturları mənim avtomobilimin də üzərinə həbs qoydurub. Bu bizi susdurmaq cəhdlərindən biridir. Amma biz qardaşıma qarşı bu haqsızlığa susmayacağıq".
M.Babayeva bildirib ki, Aqil Babayevin həbsindən sonra məhkəmədə qaldırdıqları vəsatətlərin ikisi təmin olunub:
"Qardaşımın həbsindən 3 aya yaxın vaxt keçib. Bu müddətdə yalnız soyğunçuluq faktı ilə bağlı hadisə yerinə simvolik baxış keçirilib və şahid dindirilib. Soyğunçuluğu törədənlərlə bağlı kifayət qədər dəlillər olsa da heç bir hüquqi addım atılmayıb".
Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)





