Hadisə

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

2 Sentyabr 2021 13:30
0 Şərh     Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Verilən məlumata görə, Sabirabad rayonu Zəngənə kənd sakini Samir Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan S.Sadıqovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.