Həyətində çətənə əkən Salyan sakini tutuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-ın Mil-Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev saxlanılıb. E.Ağayevin üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
E.Agayev istintaqa narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyini etiraf edib.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olan və həmçinin narkotik tərkibli çətənə bitkisini aqrotexniki qaydalara uyğun əkib- becərməkdə şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
V.Qədirov istintaqa narkotik tərkibli bitkilərin aqrotexniki qaydalara uyğun yetişdirilməsi ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyini etiraf edib.
Hər iki şəxs barəsində Salyan RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İsmayıllıda qəza - Ölən var
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
XƏBƏR LENTİ
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi





