Hadisə

Gəncədə qudasını bıçaqladı - Səbəb təəccübləndirir

18 İyul 2021 10:23
0 Şərh     Baxış: 1 161

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Dubay bazarı" da qeydə alınlb.

Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 56 yaşlı kişini qudası bıçaqlayıb. Səbəb kimi qızını 2 il əvvəl boşadıqları göstərilir. Belə ki, E.Abdullayevin oğlu 2-ci dəfə ailə həyatı qurub. Bunu qəbul edə bilməyən qız atası bıçağa əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.