Hadisə

Bakıda yük avtomobilləri toqquşdu: ölən var

1 Dekabr 2020 10:12
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "İsuzu" və "KamAZ" markalı iki yük avtomobili toqquşub.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "İsuzu" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.