Yasamal rayonunda yerləşən restoranda yanğın olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonunda yerləşən "Nanə" restoranına aid havalandırma borusunda baş verib.
Yanğının söndürülməsi üçün əraziyə 2 yanğın söndürmə maşını cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Milli.Az