Bakıda restoranda yanğın - FOTO

21 Sentyabr 2020 12:23

Yasamal rayonunda yerləşən restoranda yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonunda yerləşən "Nanə" restoranına aid havalandırma borusunda baş verib.

Yanğının söndürülməsi üçün əraziyə 2 yanğın söndürmə maşını cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Milli.Az