Saxta içki hazırlayanlarla bağlı yeni məlumat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Xəbər verildiyi kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir.
Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılaraq, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Belə ki, istintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən "Yaşıl bazar" ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərdən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satmış, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Əzim Hüseynov və Vurğun İbadov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Əzim Hüseynov və Vurğun İbadovun təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.
28.08.2020-ci il tarixdə həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
XƏBƏR LENTİ
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)





