Hadisə

Zaqatalada atlını maşın vurub öldürdü

19 İyul 2020 10:45
Baxış: 1 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada atlını maşın vuraraq öldürüb.

Milli.Az bildirir ki, hadisə axşam saatlarında Zaqatalanın Çobankol kəndində baş verib. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev atla gedərkən onu "VAZ 21015" markalı minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.