Hadisə

Azərbaycanda polis özünü güllələdi

13 Yanvar 2019 17:56
2 Şərh     Baxış: 4 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına güllə ilə atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.

Sayt qeyd edir ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.

İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.