Hadisə

Bakıda zəncirvari qəza

30 Mart 2015 10:15
0 Şərh     Baxış: 1 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərifzadə küçəsində zəncirvari qəza baş verib

Yasamal rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üç "Mercedes" və bir "Toyota" markalı nəqliyyat vasitələri toqquşub. Qəza isə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Şərifzadə küçəsində Tural Hidayətov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığında dayanan, Ramiz Əlirzayevə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə nəqliyyat vasitələri "Toyota" və İntiqam Qarayevə məxsus başqa bir "Mercedes" markalı avtomobillərə də çırpılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qəzadan sonra hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.

Hadisəyə səbəb olan "Mercedes"in sürücüsü Tural Hidayətovun və əzilən digər nəqliyyat vasitələrinin sahiblərinin sənədləri yoxlanılıb. Avtomobillər isə cərimə dayanacağına aparılıb. Qəza törədən sürücülərin izahatları alınandan sonra isə hadisəyə hüquqi qiymət veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.