Hadisə

Kəşfiyyat rəisi ölü tapıldı

13 Fevral 2015 19:35
0 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bankların birində tapılan cəsədin yanında tapançası da olub

Türkiyə kəşfiyyatının zabiti, hərbçilərin həbsi ilə nəticələnən "28 fevral" qalmaqalına görə axtarışda olan təqaüdə çıxan polkovnik Eser Şahan Bükreş ölü tapılıb.

Milli.Az bildirir ki, anspress-in  məlumatına görə, kəşfiyyat zabiti Buxarestdə ölüb.

Eser Şahan Bükreşin cəsədi bankların birində aşkarlanıb. Cəsədin yanında onun tapançası da olub.

10 ildir Rumıniyada yaşadığı ehtimal olunan 66 yaşlı polkovnikin 3 il əvvəl Rumıniya hökumətindən sığınacaq tələb etdiyi bildirilir. Onun rumıniyalı həyat yoldaşından 2 uşağı olduğu da məlum olub.

Qeyd edək ki, Eser Şahan Bükreş "28 Fevral" qalmaqalına qədər Hərbi Dəniz Qüvvələrində kəşfiyyat dairəsinin rəisi işləyib. Onun bir çox saxta sənədlərdə imza atdığı da yayılan məlumatlar sırasındadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ