Hadisə

Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb

17 Yanvar 2015 18:17
0 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn İsmayılova 14 il 6 ay həbs cəzası verilib

Bakıda ötən gecə Dövlət Yol Polisinin (DYP) keçirdiyi reyddə 3 il əvvəl DYP əməkdaşını avtomobillə vurub öldürmüş şəxsin atası saxlanılıb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

İsmayıl Həsənov
avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Bakının Nobel prospektində saxlanılıb.

Araşdırma nəticəsində onun oğlu - 1990-cı il təvəllüdlü Hüseyn İsmayılovun Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Mehman Kərimovu 2012-ci ildə Sabunçu rayonu, Aeroport şosesində vurub öldürdüyü məlum olub.

İ.Hüseynov polisə tabe olmayıb. O, saxlanıldıqdan sonra 37-ci polis bölməsinə, avtomobili isə "Cərimə meydançası"na aparılıb. Saxlanılan şəxs barəsində protokol tərtib edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.İsmayılova 14 il 6 ay həbs cəzası verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.