Hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təzə avtobusların "siftəsi"...
27 Dekabr 2014 11:00
1 Şərh
Baxış: 2 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının yeni avtobusları bəzi adamların dili ilə desək, doğrudan da, "səviyyəlidir"... Ancaq bu günün Bakısında yol və sürücü mədəniyyəti sahəsindəki səviyyəsizlik həmin avtobuslara problem yaradır, yəni "səviyyəli" olmaq onların baş bəlasına çevrilir.
Məlum olduğu kimi, "Isuzu" markalı yeni avtobuslar hələlik yalnız 65 saylı marşrut xətti üzrə istismara buraxılıb. Lakin onlar istismara verildikdən bir gün sonra, artıq ilk kiçik qəza ilə üzləşiblər.
Milli.Az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, dekabrın 25-də, saat 17.50 radələrində, "Şamaxinka" deyilən ərazidə sağa doğru dönməyə cəhd edən 65 saylı avtobusu, elə onunla yanaşı eyni tərəfə dönməyə çalışan "Mitsubishi Pajero" markalı avtomobil arxa və yan tərəfdən "sürtüb". Avtobusun qapısı və arxa tərəfi cızılıb, avtomobilin isə qabaq buferi qopub.
Avtobusun sərnişinləri hadisəyə "siftəni elədilər" sözləri ilə reaksiya veriblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü isə kifayət qədər soyuqqanlı davranıb və onlar yol polisinin gəlişini gözləyiblər.
Bu işin sonrakı gedişi barədə məlumatımız olmasa da, şahidlərin sözlərinə görə, hadisənin əsl səbəbkarı yol kənarını və yaxınlıqdakı avtobus dayanacağını zəbt edən taksi sürücüləri olub. Məhz onların ucbatından həmişə sözügedən istiqamətdə nəqliyyat vasitələri rahatlıqla dönüb, yola davam edə bilmirlər. Maraqlıdır ki, hadisəni izləyən həmin taksi sürücülərindən də kimi günahın avtobus, kimi də avtomobil sürücüsündə olması barədə yerindəcə "rəy" veriblər...
Bu arada Daxili İşlər və Nəqliyyat nazirliklərinin səlahiyyətlərinin artırılması barədə prezidentin təzəlikcə imzaladığı fərman yada düşür: söhbət, adıçəkilən nazirliklərə müvafiq olaraq, "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin" və "avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə" icbari qaydada sığortalanmasına nəzarət etmək vəzifələrinin verilməsindən gedir.
Vəzifələr, səlahiyyətlər artır, ancaq bu nazirliklər yollarda elementar qayda-qanun da yarada bilmirlər. Məsələn, polis hərəkət qaydasını pozan piyadaları (xüsusilə tələbələri) rəhm etmədən 20 manat cərimələyə bilir, avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərinə qarşı isə sərt davranmır?! Yaxud, Nəqliyyat Nazirliyi yollarda avtobus sürücülərinin "interval savaşı"na son qoymaq əvəzinə, ictimai nəqliyyatda yol pulunu artırmağın dərdini çəkir?!
Göründüyü kimi, hər iki halda sözügedən nazirliklər daha çox "büdcə" gəlirlərini təmin etməkdə maraqlıdırlar. Onlara verilən yeni funksiyalar da, əslində, buna xidmət edəcək. Hər gün avtobuslarda və dayanacaqlarda ölüm təhlükəsi ilə üzləşən vətəndaşlar isə taleyin ümidinə buraxılıblar...
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Əməkdar jurnalist vəfat etdi
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu