Hadisə

Mingəçevirdə ailə bir oğlunu sudan alıb torpağa verir

18 Noyabr 2014 11:40
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə 7 gün öncə kanalda batan uşağın cəsədi tapılıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, noyabrın 11-də, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batmış, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Mingəçevirdə məskunlaşmış Ağdərə rayonundan olan məcburi köçkün 13 yaşlı Əvəzzadə Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Əvəzzadə Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ö. Əvəzzadə kiçik qardaşı Ülvinin suda boğulduğunu görüb və onu xilas etmək üçün kanala atılıb, nəticədə onların ikisi də suda batıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.