Bakıda dəhşətli qəzanın VİDEOsu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az avtosfer.az saytına istinadən xəbər verir ki, qəza avqust ayının 9-da Nəcəfqulu Rəfiyev küçəsində baş verib.Bir müddət əvvəl Bakıda baş vermiş dəhşətli qəzanın videosu yayılıb
AMAY ticarət mərkəzi istiqamətində "Shacman" markalı, 90 BU 828 dövlət nömrə nişanlı yük maşını 30 nömrəli marşrutda işləyən 10-TG-336 nömrə nişanlı avtobusa arxadan çırpılıb. Zərbənin təsirindən avtobus yolda olan "Hyundai Sonata", "Mercedes" və "Mitsubishi" markalı üç maşını əzib.
Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin "burada saxla" əmri ilə dərhal tormozu basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən "Shacman" markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir. "Shacman"ın sürücüsü maşını sola qaçırtmaq əvəzinə sağa çəkib yol kənarında dayanan 5 minik avtomobilini əzir və ardınca və avtobusa çırpılır. Bu anda avtobusdan düşməyə hazırlaşan sərnişin yolun ortasına düşsə də, qaçıb canını qurtara bilir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb:
"Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu "ağıllı" sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığımaqda olan yük avtomobilini görüb, dayanmazdı.
Amma yük avtomobilinin sürücüsü də öz "intizamlılığı" ilə geri qalmır. Bu "mahir" pilot öz "Shacman"ını "Formula-1" yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən, toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü
-
Səbaildə fərdi yaşayış evində yanğın olub
-
Qadının kömək çağırışı cavabsız qalmadı: Hücum edən şəxs tutuldu
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





